2006-2007 - ci illərdə "Olimpik-Şüvəlan"da
məşqçi vəzifəsində çalışan Səmədağa Şıxlarov yenidən komandaya qayıdıb. Belə ki,
dünən klubun ofisinə dəvət olunan mütəxəssis artıq müqaviləyə də imza atıb.
Səmədağa Şıxlarov bundan sonra klubda seleksiyaçı-məşqçi kimi fəaliyyət
göstərəcək. O həm də məşqçilər korpusunda yer alaraq baş məşqçi Nazim
Süleymanova yardım edəcək.
Qeyd edək ki, Şıxlarovun sonuncu iş yeri "Neftçi" PFK olub.